DAĞ ÇÖKƏKLİYİ

silsilə və yüksəklikləri bir-birindən ayıran, bəzən kifayət dərəcədə parçalanmış, dərəyə bənzər alçaq sahələr. впадина горная mountain depression
DAĞ BUZLAQLARI
DAĞ DAXİLİ ÇÖKƏKLİK
OBASTAN VİKİ
Aleut çökəkliyi
Aleut çökəkliyi — Sakit okeannın şimalında yerləşən çökəklik. Çökəklik Alyaska yarımadası sahillərindən başlayaraq Kamçatka sahillərinə qədər uzanır. Çökəklik 3400 km məsafədə uzanır və maksimal dərinliyi 7679 metrdir. Litosfer tavalarının sərhəddində yerləşir. Çökəklik Sakit okean plitəsi Şimali Amerika plitəsinin altına keçdiyi ərazidə formalaşmışdır. Çökəkliyin qərbində yerləşən Komandor adalarında cənub istiqamətində Kuril-Kamçatka çökəkliyi başlayır.
Amundsen çökəkliyi
Amundsen çökəkliyi — Şimal Buzlu okeanın daxilində, Qekkel silsiləsi ilə Lomonosov silsiləsi arasında yerləşən okean çökəklliyi. Çökəkliyin uzunluğu 2000 km, eni 200—400 km, dərinliyi isə 4485 metrdir. Çöküntülərin qalınlığı təxminən 2000 metrə bərabərdir. Çökəkliyin dibi dəmir–manqan gilli lildən ibarətdir. Çökəklik öz adını Norveç qütb araşdırmaçısı Roald Amundsenin adından almışdır.
Göl çökəkliyi
Göl çökəkliyi — yer səthində gölün suyu yerləşən çökəklik. Gölün suyunun maksimal səviyyəsində gölün su ilə örtülən hissəsinə gölün yatağı (navalçası) və ya gölün kasası deyilir. G.c.endogen və ekzogen proseslərin, eləcə də insanın təsərrüfat fəaliyyəti nəticəsində əmələ gəlir. Bənd tipli çökəkliklər su anbarının tikilməsi sayəsində də yaranır.
Kermadek çökəkliyi
Kermadek çökəkliyi — Sakit okeanın cənub-qərb hissəsində 10 047 m dərinliyində yerləşən dünyanın ən dərinsulu çökəkliklərindən biri. Sakit okean plitəsi Hind-Avstraliya plitəsinin altına subduksiya etməsi nəticəsində yaranıb. Kermadek adalarının şərq dağətəyində meridional istiqamətdə yerləşir. Uzunluğu 1200 km. Kermadek 1889-cu ildə "Penguin" ("Pinqvin") adlı Britaniya gəmi ekspedisiyası tərəfindən tapılıb. Onun dərinliyini 1958-ci ildə Sovet elmi-tədqiqat gəmisi "Vityaz" ölçüb. Çökəklik Yuon de Kermadekin şərəfinə adlandırılıb.
Konqo çökəkliyi
Konqo çökəkliyi — Mərkəzi Afrikada 300–500 m hündürlükdə yerləşən və diametri təxminən 1000 km olan çökəklik. Afrika platformasının sinekliz zonasına aiddi. Konqo çayı onu drenaj edir. Bitki örtüyü rütubətli qalın həmişəyaşıl və yarpağıtökülən həmişəyaşıl tropik meşələrindən ibarətdir. == Coğrafiyası == Sahəsi təxminən 1 milyon kilometr təşkil edir; onun şimaldan cənuba və qərbdən şərqə ölçüsü təxminən 1 000 km. Əsas çayı Konqodu, çökəkıiyin ərazisində həmçinin çoxlu göl və bataqlıqlar var. == Geologiya == Strukturasına görə Konqo çökəkliyi Kembri dövründən əvvəl yaranan Afrika platformasının sinekliz zonasına aiddi. Platformanın kristallik bünövrəsinin yeraltı (500—1000 metrdən çox dərinliydə yerləşir) çıxıntısı sineklizi şimal və cənub çökəkliylərinə bölür, onların mərkəzi hissələrində bünövrə daha 3000 metr dərinliyinə endirilib. == Relyefi == Konqo çökəkliyi yarus quruluşu ilə səciyyələnir. Ən aşağı (300–400 m) və gənc (Holosen) yarus çoxsaylı çayların geniş, daha çox bataqlaşmış subasar vadilərini yaradır, həmən vadilər çökəkliyin mərkəzi hissəsində vahid yastı olan və vaxtaşırı batırılan allüvial düzənlik yaradırlar.
Loru çökəkliyi
Loru çökəyi və ya Loru düzü və ya Loru çölü və ya Loru yaylası — tarixi Loru mahalında, keçmiş Gürcüstan quberniyasının Borçalı distansiyasında, Tiflis quberniyasının Borçalı qəzasında, hazırkı Ermənistan Respublikasının şimalında, Loru mərzində (erm. Լոռու մարզ) düzənlik. Uzunluğu 50 km, eni isə 20–30 km-dir. Qaraağac, Ağzıböyük və Bozabdulla dağ silsilələrinin əhatəsində yerləşir.
Lənkəran çökəkliyi
Lənkəran çökəkliyi - Xəzər dənizinin cənubunda yerləşən çökəklik. Xəzər dənizinin «Cənubi Xəzər» adlanan hissəsində yerləşir. Çökəkliyin maksimal dərinliyi 1025 metrdir. Öz adını Azərbaycanın Lənkəran şəhərindən almışdır.
Marian çökəkliyi
Marian çökəkliyi — Sakit okeanın qərbində yerləşən (daha dəqiq Filippin dənizində) okeanik dərinsulu çökəklik, dünyaya məlum olan çökəkliklərdən ən dərinidir. "Marian" adı yanında olan Marian adalarına görə adlanıb. Marian çökəyinin ən dərin nöqtəsi "Challenger Uçurumu"-dur (ing. Challenger Deep). O, çökəkliyinin cənub-qərb hissəsində yerləşir (koordinatlar: 11°22,40′ şm. e. 142°35,50′ ş. u.). 2011 ilin ölçmələrinə görə onun dərinliyi dəniz səviyyəsindən 10 994 ± 40 m aşağı təşkil edir. == Tədqiqatlar == Çökəklikdə ilk ölçülməni elə buranı tapan Challenger (meydan oxuyan) adlı Britaniya üç dor korveti 1875-ci ildə etmişdir.
Mədək çökəkliyi
Mədək çökəkliyi — Quba rayonu ərazisində çökəklik. Quba rayonunda Qaraçayın sağ sahilində "Madak" (Mədək) adlı dağlararası maili çökəklik vardır. Çökəkliyin mərkəzi hissəsində yerləşən qaya "Madak" (Mədək) qayası, çökəklikdə olan yarğan "Madak" (Mədək) yarğanı adlanır. Qədim Roma və Afina dövlətlərində kənardan gələnləri "gəlmə" və yaxud "metekler" adlandırırdılar. Vaxtı ilə "Madak" (Mədək) də balaca bir kənd olmuşdur. Kənd sakinlərinin ilkini Buduq kəndindən gələnlərdir. Böyük Vətən müharibəsindən sonra Madakın adamları qonşu Dalıqaya kəndinə köçüb gəlmişlər. Hazırda "Madak"-da (Mədəkdə) heç bir yaşayış binası yoxdur. "Madak"ın ikinci adı "Qəmçə"dir. "Qəmçə"-"Kəmcik" mənasındadır.
Nansen çökəkliyi
Nansen çökəkliyi — Şimal Buzlu okeanın daxilində, Qekkel silsiləsi ilə Şpitsbergen-Şimaltorpağı materik yamacı arasında yerləşən okean çökəklliyi. Çökəkliyin orta dərinliyi 3430 m, maksimal dərinliyi isə 3975 metrdir. Çökəkliyin qərbində dərinliyi 5449 metr olan Litke sualtı dərəsi yerləşir. Çökəklik öz adını Norveç qütb araşdırmaçısı Frityof Nansenin adından almışdır.
Okean çökəkliyi
Okean çökəkliyi (rus. океанская котловина; ing. oceanic basin) — okean dibi relyefinin ən iri elementi və tektonik strukturu, materik yamacı, sualtı silsilələr, tirələr və yüksəkliklərlə əhatələnən geniş çökəklik. Okean çökəkliyi bir-birilə dərin keçidlərlə birləşə bilər. Okean dibində yerləşən bu çökəkliklərin orta dərinliyi 5 min metrə çatır.
Tonqo çökəkliyi
Tonqo çökəkliyi — Sakit okeanda yerləşən okean çökəkliyi. Çökəklik Tonqa silsiləsinin şərq sahillərində yerləşir. Burada Kermadek çökəkliyi ilə birləşir. Kermades Kuril adalarının şərq sahili boyunca Kamçatka yarımadası sahilləri qədər uzanır. Çökəklik 860 km məsafədə uzanır və eni 6000 metrlə 80 km arasında dəyişir. Maksimal dərinliyi 10 882 metrdir. Bu nöqtə dünya okeanının cənub yarımkürəsində ən dərin nöqtəsidir. 14 aprel 1970-ci ildə Apollon 13 kosmik gəmisi Radioizotopik termoelektrik generatorla yer kürəsinə qayıdarkən Sakit okeanının cənub hissəsindən atmosferə daxil olur. Fici adalarının cənubuna 6 min metr dərinliyə batır.
Tıva çökəkliyi
Tıva çökəkliyi — Rusiya Federasiyası, Tıva Respublikasında, Yeniseyin yuxarı hissəsindəki dağlar arası relyefin alçalması. Hövzə Qərbi Sayan, Şərqi Sayan, Altay və Tannu-Ola silsilələri ilə məhdudlaşır. Uzunluğu təxminən 400 km, eni 25 ilə 60-70 km. Hündürlüyü 600 ilə 900 m arasında dəyişir. Torpağın təpəli-düz təbiəti, kiçik təpələr və çöllər bölgə üçün xarakterikdir. Dərə Yuxarı Yenisey (Uluq-Xem) vadisindən kəsilir. Qərb və şərq hissələrə, müvafiq olaraq Kemçik və Uluq-Kem hövzələrinə bölünür. Yerlərdə qonşu silsilələrin dalanları boşluğa çıxır. Heyvandarlıq (əsasən ətlik və yunluq qoyunçuluq), taxıl bitkilərinin becərilməsi (buğda, arpa, darı) və kömür hasilatı inkişaf etmişdir. Zəngin daş kömür yatağı olan Uluq-Xem hövzəsi çökəklikdə yerləşir.
Vulkan çökəkliyi
Vulkan çökəkliyi (rus. вулканическая впадина, ing. basin of volcanic origin, caldera) — vulk. partlayışı (krater, maar) və ya uçması (kaldera) nəticəsində yaranmış, çökəklik.
Yapon çökəkliyi
Yapon çökəkliyi və ya Yapon novu — Sakit okeanda çokəklik, Honşu adasından şərqdədir. Uzunluğu təqribən 670 km, dərinliyi 8412 m-ə qədərdir. Yamacları dikdir (6 – 8°, bəzi yerlərdə daha çox). Dibi akkumulyativ düzənlikdir (eni 20 – 30 km).
Yava çökəkliyi
Yava çökəkliyi və ya Zond çökəkliyi — Hind okeanının şərq hissəsində çokəklik. Myanma sahillərindən (təqribən 13° şimal enliyi) başlayaraq Andaman, Nikobar və Böyük Zond adalarının sualtı yamacları boyunca uzanır. Uzunluğu təqribən 2900 km, maksimum dərinliyi 7130 m (digər məlumatlara görə 7209 m və 7450 m), eni 35 km-ə qədərdir. Dib çöküntüləri terrigen lillər və vulkanogen materiallarıdır. ASE, V cild, Bakı, 1981, səh.
Dağ
Dağ — təpədən uca, quruluqlarda yer üzündən ucalan yerlərə deyilir. Dağlar yer kürəsinin relyefinin təxminən 40%-ni — Asiyanın 54%, Şimali Amerikanın 36%, Avropanın 25%, Cənubi Amerikanın 22%, Avstraliyanın 17%, Afrikanın isə 3% ərazisini təşkil edir. İnsanların 10%-i bu ərazilərdə yaşayır. Əksər çaylar mənbəyini dağlardan götürür. Dünyanın ən hündür zirvəsi — Himalay dağlarıdır. Ən uzun sıra dağları And dağlarıdır. Dəniz səviyyəsi nəzərə alınmazsa ən hündür Mauna-Kea dağıdır. === Mənşəyinə görə === Dağların yaranmasında yerin daxili qüvvəsi iştirak edir. Dağlar mənşəyinə görə iki qrupa bölünür: ==== 1. Tektonik dağlar ==== Yerin üfüqi hərəkətləri zamanı lifosfer tavalarının və ya kiçik platformaların bir-birinə yaxınlaşması və ya toqquşması zamanı yaranır.
Cənubi Sandviç çökəkliyi
Cənubi Sandviç çökəkliyi — dərin nov Atlantik okeanın cənubunda, Cənubi Sandviç adaları sahilləri boyunca (şərq sahili) uzanır. Novun uzunluğu 1200 km təşkil edir. Maksimum dərinliyi 8428 metrdir. V-formaya malikdir. Eni 6000 km-dən 100 km arasında dəyişir. Dərinliyin dibində isə bir necə milometrə çatır.
Kumo-Manıç çökəkliyi
Kumo-Manıç çökəkliyi (rus. Кумо-Манычская впадина) — Ergeninskaya və Stavropol alçaq dağlıqlarını ayıran dar ovalıq. Geoloji keçmişdə Qara və Xəzər dənizlərini birləşdirən qədim boğazdır. Hazırda Kuban-Priazovskaya və Xəzər ovalıqlarını birləşdirir. Kumo-Manıç ovalığı və Kumo-Manıç bərzəxi kimi də tanınır. Eni 20–30 km (mərkəzi hissədə 1–2 km-ə qədər), uzunluğu 500 km-dən çoxdur. Asiya ilə Avropa arasında sərhəd çəkmə seçimlərindən biri də Kumo-Manıç çökəkliyi boyunca uzanır. 17–15 min il əvvəl Novoevsin hövzəsi Manıç-Kerç kanalı vastəsi ilə Erkən Xvalın hövzəsi ilə əlaqələnirdi. == Relyefi və geoloji quruluşu == Kumo-Manıç çökəkliyi tektonik mənşəlidir və çökəklikdə yerləşir. Tarixi İskit lövhəsinin platforma örtüyünün meydana gəlməsinin başlanğıcına qədər davam etmişdir.
Kuril-Kamçatka çökəkliyi
Kuril-Kamçatka çökəkliyi — Sakit okeannın şimal-qərbində yerləşən çokəklik. Çökəklik Kuril adalarının şərq sahili boyunca Kamçatka yarımadası sahilləri qədər uzanır. Çökəklik 2170 km məsafədə uzanır və orta eni 59 km-dir. Maksimal dərinliyi 10542 metrdir (44°00′46″ şm. e. 150°19′13″ ş. u.). Şökəklik pilləvari queuluşa sahibdir. Burada yamacların dikliyi 7°-dir. bir çox güşlü zəlzələlərin episentri rolunu oynayır.
Ubsu-Nur çökəkliyi
Ubsu-Nur çökəkliyi — Ubsu-Nur gölünün hövzəsində, Orta Asiyanın ən şimalda yerləşən, ən böyük qapalı su hövzəsinin sahəsini əhatə edir. Hövzənin ərazisi Monqolustanın (Ubsu-Nur gölü bölgəsi) və Rusiyanın (Ubsunur çökəkliyi qoruğunun) bir hissəsidir. Hər iki ölkədə bir mühafizə sahəsi vardır. Ubsu-Nur çökəkliyində təbiəti mühafizə obyektlərinin ümumi sahəsi 1,068,853 ha-dır. Ubsu-Nur hövzəsi Böyük Göllər çökəkliyinin şimal hissəsini əhatə edir, nisbətən aşağı olan Xan-Xuxiyn-Nuruu silsiləsi (ən yüksək hündürlüyü 2928 m) və onun qərb uzantısı Toğtoxun-Şil silsiləsi (maksimum hündürlüyü 2357 m yuxarı) ilə əhatələnir. Ubsu-Nur çökəkliyinin uzunluğu şimaldan cənuba 160 km, qərbdən şərqə 600 km-dir. Əvvəllər Ubsu-Nur hövzəsi tamamilə Monqolustanın bir hissəsi idi. 1932-ci ilə qədər Monqolustan Xalq Respublikası ilə Tuva Xalq Respublikası arasında müqavilə bağlanır. Müqaviləyə əsasən Ubsu-Nur hövzəsinin şimal hissəsi Tıvaya verilir. 1944-cü ildə bölgə Tıva Muxtar Vilayəti olaraq SSRİ-nin tərkibinə daxil olur və 26 mart 1958-ci ildə Monqolustan ilə SSRİ arasındakı sərhədə dair razılaşma əldə edilir.
İssık-Kul çökəkliyi
İssık-Kul çökəkliyi—Qırğızıstanda Tyan-Şan dağlarının şimalında çökəklik. İssık-Kul çökəkliyi ən böyük dağ arası çökəkliklərdəndir. O, Kunqey və Tersk-Alatau dağları arasında yerləşib, qərbdən- şərqə uzunluğu 240 km-ə, eni isə 75 km-ə çatır. İssık-Kul çökəkliyinin mərkəzi alçaq hissəsində eyni adlı göl yerləşir. Onun sahil xəttinin mütləq yüksəkliyi 1623 m- dir. İssik-Kul çökəkliyinin göldən kənarda qalan sahəsinin sahəsinin relyefi üçün bir sıra çökəklik, daxili yüksəklikləri və maili düzənliklərin olması səciyyəvidir. Kunqey Tersi Alatau dağlarının ən dağ sahələri göl səviyyəsindən 700 m- ə qədər ucalır. İssık- Kul çökəkliyinin qərb davamını Koçkar çökəkliyi, Şərqi davamını Keqen və Tokes çökmə sahələri təşkil edir. Tyan-Şanda torpağın üst qatında humusun miqdarı 12–15 % təşkil edir. 70 −85 sm dərinlikdə karbonatlı horizontn aydınseçilir.
Dülyam (dağ)
Dülyam — Lerik rayonu ərazisində dağ. == Toponimi == Oronim talış dilindəki dü(iki) və lyam (yaylaq) komponentlərindən düzəlib, "iki yaylaq" mənasındadır. == Həmçinin bax == Kömürgöy Qızyurdu == İstinadlar == == Xarici keçid == haqqinda.az/Tariximiz.
Dəlikdaş (dağ)
Dəlikdaş — Xocalı rayonunun şərqində dağ. Qarabağ silsiləsinin qərb yamacında zirvədir. Hündürlüyü 2304 m. Vulkan mənşəlidir. Qayalarında təbii oyuqların olması ilə əlaqədar dağ belə adlandırılmışdır. Daş komponenti burada "qaya" mənasındadır. Türkdilli xalqların toponimiyasında dəlik komponentini əvəz edən deşik sözünə təsadüf edilir: Deşikdaş (Özbəkistanın Surxandərya vilayətində Barsuktaq dağında paleolit dövrünə aid mağara), Deşikqala (Qaraqalpaq Respublikasının Turtqul rayonunda qədim dövrə aid qəsr xarabalığı) və s.
Elvar (dağ)
Elvar — Göygöl rayonunda dağ. Hündürlüyü 1251 m. == Toponimikası == Elvar Göygöl rayonunda dağ. Gəncə çayından sağ tərəfdə yerləşir. Hün. 1251 m. Keçmişdə yaylaq yeri olmuşdur. Oronim el (camaat) və var (burada "yer, məskən") sözlərindən düzəlib, "el-obanın məskəni", "elin cəm olduğu, yığıldığı yer" mənasındadır.